Главная » 2012 » Aprel » 16 » "Baku Crystal Hall" təhvil verilir
4:00 PM
"Baku Crystal Hall" təhvil verilir
"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi üçün "Baku Crystal Hall"-ı inşa edən şirkət artıq işini təhvil verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Eurovision hazırlıq prosesi ilə bağlı aparılan işlərin yekunu ilə bağlı keçirilən mətbuat konfransında "Eurovision"-un rəsmi tərəfdaşı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.Onun sözlərinə görə, arenanın inşası zamanı hava şəraiti ilə bağlı çətinliklər var idi və tikintidə 3 həftə gecikmə oldu."Lakin artıq möhtəşəm 25 minlik arena istifadəyə veriləcək. İlk olaraq Eurovision üçün istifadə olunacaq arenada gələcəkdə digər mötəbər konsertlər keçiriləcək", - Ələkbərov deyib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək müsabiqədə konsert zalında ilk dəfə olaraq xüsusi avadanlıqlar quraşdırılacaq.İcraçı direktorun sözlərinə görə, "Eurovision"a hazırlıqla bağlı xüsusi nəqliyyat vasitələrinin gətirilməsi, mehmanxanaların hazırlanması, həmçinin mehmanxanaların qiymətinin artırılmaması məsələsinə diqqət, turist marşrutlarının təşkili, mədəniyyət ocaqlarının hazırlanması və digər işlər həyata keçirilib.
Категория: (Big)Xəbər | Просмотров: 479 | Добавил: TolikRza | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя / Логин
Email