Главная » 2012 » Mart » 24 » Emin "Eurovision" yarışmasında ekskluziv olaraq çıxış edəcək
10:15 PM
Emin "Eurovision" yarışmasında ekskluziv olaraq çıxış edəcək
Emin "Eurovision" yarışmasında ekskluziv olaraq çıxış edəcək
Müğənni-bəstəkar Emin Ağalarov Bakıda keçiriləcək nüfuzlu "Eurovision-2012” şousunda eksklüziv olaraq çıxış etməyə dəvət edilib. ANS PRESS-in müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni xalqı və 300 milyondan artıq tamaşaçı auditoriyası olan müsabiqə çıxış edəcəyinə görə çox sevindiyini bildirib.O vurğulayıb ki, öz Vətənində keçirilən "Eurovision” mahnı müsabiqəsində qonaq kimi çıxış etmək üçün yeganə ən böyük imkandır: "Bu imkan həyatda bir dəfə olur və bu çox əladır. Böyük kütlə qarşısında hər dəfə çıxış etmək çox həyəcanvericidir. Əgər sən öz ölkəndə çıxış edirsənsə, bu ikiqat həyəcanlandırıcıdır, milyonlarla izləyici qarşısında çıxış etməksə artıq inanılmazdır”.Emin bu müsabiqənin Azərbaycan üçün vacibliyini də qeyd edib: "Düşünürəm ki, bu mənim ölkəm üçün ağla sığmayan möhtəşəm şoudur. Mənim balaca ölkəmi insanlar hətta xəritədə tapa bilməzlər, amma ümid edirəm ki, bu müsabiqə, Azərbaycanı google-da axtarmağa, onun harada yerləşdiyini öyrənməyə və oraya getmək üçün marağı artıra bilər”.Qeyd edək ki, E. Ağalarov may ayının 21-də "After the Thunder” adlı yeni albom buraxacaq.
Категория: (Big)Xəbər | Просмотров: 470 | Добавил: Sumqayitli | Рейтинг: 5.0/1
Всего комментариев: 1
Добавлен: 03.24.2012
Super mutleq izleyecem
Ответ Цитата

Имя / Логин
Email