Главная » 2012 » Aprel » 14 » erməni qızlarına sponsorluq edən Azərbaycanlı
5:15 PM
erməni qızlarına sponsorluq edən Azərbaycanlı
Ukraynada yaşayan və azərbaycanlı iş adamı bu ölkədə bir neçə ildir keçirilən "Ermənistanın səsi- Ümum-Ukrayna Musiqi yarışması"na baş sponsorluq edir.
Öncə məlumata inanmaq istəməsək də, təəssüf ki, apardığımız araşdırmalar bu faktın doğruluğunu sübut etdi.
Məlum oldu ki, söhbət Azərbaycan diasporunun üzvü, Ukraynadakı Azərbaycan Gəncləri İttifaqının Nəzarət-Təftiş komissiyasının üzvü, Nikolayev şəhəri milli icmalar üzrə şəhər sovetinin sədri Anar Axundovdan gedir.

Anar Axundov həm də Ukraynada fəaliyyət göstərən "Arber" və "Pijon" adlı supermarketlər şəbəkəsinin Direktorlar Şurasının sədridir.
Araşdırmalar zamanı "Ermənistanın səsi" vokal sənəti üzrə ÜmumUkrayna Musiqi yarışmasının baş sponsorları siyahısında onun və rəhbəri olduğu marketlər şəbəkəsinin də adına rast gəldik. Bu müsabiəyə isə daha çox Ukraynadakı erməni qızları qatılır.

Bu barədə bilgilər müsabiqənin rəsmi saytında da yerləşdirilib. Müsabiqə 2010-cu ildən keçirilir.

Anar Axundovun Azərbaycan diasporunu təmsil etməsi ilə bağlı bilgilər isə Ukraynadakı Azərbaycan Gəncləri İttifaqının rəsmi saytında yer alır.

Ukrayna mətbuatında yer alan müxtəlif məlumatlar bir daha deyilənlərin doğru olduğunu isbat etdi. Bizə isə xəbər vermək qalır…
Категория: (Big)Xəbər | Просмотров: 570 | Добавил: TolikRza | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя / Логин
Email