Главная » 2012 » Aprel » 1 » Namiq Qaraçuxurlu Aygün Kazımovaya ilə evlənir !!
7:46 PM
Namiq Qaraçuxurlu Aygün Kazımovaya ilə evlənir !!

Hər zarafatda bir gerçək gizlənsə də təəssüf hissi ilə qeyd etməyi vacib bilirik ki, bu gün ərzində 
Aygün Kazımova və Namiq Qaraçuxurlu fanatlarının sevinclə, əksər oxucularımızın isə çaşqınlıqla qarşıladıqları "ciddi evlilik təklifi” xəbəri sırf 1 aprel Beynəlxalq Gülüş Gününə həsr etdiyimiz zarafat idi. Əminik ki, oxucularımızın az müddətə olsa da inandırmağa müvəffəq olduq. Məşhur cütlüyə isə ayrı-ayrılıqda xoşbəxtlik diləyib, tezliklə onları bəxtiyar edəcək yarlarına qovuşmalarını arzulayırıq.

Milli.Az-ın əldə etdiyi məlumata görə, öncə duet ortaqları, illər keçəndən sonra bir-birinə olan sevgi münasibətləri ilə çoxlarını təəccübləndirən Azərbaycanın xalq artisti, pop-diva Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu yenidən heyrətamiz qərar qəbul etməyə hazırlaşırlar. Söhbət, Namiqin Aygün xanıma etdiyi ciddi evlilik təklifindən gedir. Martın 28-də şəhər restoranlarının birini bütünlüklə bağlatdıran cütlük birlikdə şam ediblər. Adının açıqlanmasını istəməyən mənbəmiz israrla dedi ki, görüşün sonunda təkqaşlı brilliant üzüyü xanım Kazımovanın barmağına taxan Qaraçuxurlu ona növbəti dəfə ciddi evlilik təklifi edib. Nə qədər qəribə səslənsə də xalq artisti bu jesti soyuqqanlılıqla qarşılayıb. Və konkret qərarını dilə gətirməyib.

Onu da öyrəndik ki, Namiq israrla toylarını aprelin sonlarında təyin etməyi təklif edib. Yeni barışan cütlük şəxsi həyatlarında baş verən bu xoş hadisəni dostlarından sirr kimi saxlamağa çalışsalar da biz bu sirrin üstünü açmağa müvəffəq olduq.

Məlumat üçün bildirək ki, ilk ciddi evlilik təklifi meyxanaçı tərəfindən 2006-cı ildə olunmuşdu. Təqdim etdiyimiz fotolar da elə həmin vaxt görüntülənmişdi. Diqqətli oxucuların xatirində olar ki, cəsarətli etirafın qarşılığında "yox” cavabı alması meyxanaçını xeyli məyuş etmişdi.

Düz 6 il keçdikdən sonra yenidən ilk addımı atan sənətçinin evlilik jestini diqqət mərkəzində saxlamaqdayıq və xəbəri yeniləməyə çalışacağıq.
Категория: (Big)Maraqlı | Просмотров: 278 | Добавил: TolikRza | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя / Логин
Email