Главная » 2012 » Mart » 18 » NASA möhtəşəm "Şimal şəfəqi" kadrlarını yaydı - (Video)
6:21 PM
NASA möhtəşəm "Şimal şəfəqi" kadrlarını yaydı - (Video)

NASA yer üzərində qeyri-adi gözəlliyin kadrlarını yayıb. Söhbət 1 ay əvvəl baş vermiş maqnit qasırğası zamanı ortaya çıxan rəngarəng "şimal şəfəqi" adlandırılan təbiət hadisəsindən gedir. Nəhəng şəfəqləri əks etdirən kadrlar Amerika Birləşmiş Ştatları və Kanada ərazisi üzərində Beynəlxalq Kosmik Stansiyadan çəkilib.

Videoyazının müəllifləri isə 30-cu orbit ekspedisiyasının ekipajıdır. Latınca "Avrora borealis" adlanan bu möhtəşəm təbiət hadisəsi planetimiz üçün adi haldır. Lakin adətən yerdən izlənilən "şimal şəfəqi" planetimizin üzərindən daha möhtəşəm görünür. Şəfəqlər Günəş küləyi hissəciklərinin atmosferin üst qatlarına zərbələri nəticəsində əmələ gəlir.

Категория: (Big)Xəbər | Просмотров: 499 | Добавил: TolikRza | Рейтинг: 5.0/1
Всего комментариев: 1
Добавлен: 03.18.2012
oydaa yavas-yavas dunya dagilmaga baslayireee ))
Ответ Цитата

Имя / Логин
Email