Главная » 2012 » Mart » 18 » Qidalar insanı aqressiv edə bilirmiş...
10:45 PM
Qidalar insanı aqressiv edə bilirmiş...
_ İnsanların aqresivləşməsinə, qıcıqlanmasına səbəb olan qidaların adları açıqlanıb. Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu Kaliforniya Universitetinin alimləri müəyyən edə biliblər.

Eksprementdə iştirak edən insanlar qaraciyər, tort və cipsi yeyiblər. Qidalar bulyon kublarının köməyi ilə hazırlanıb. Hər bir məhsulun tərkibində transyağlar olub.

Transyağlar olan qidaları qəbul edən insanlarda səbirsizliyə, münaqişəyə, aqressivlik və qıcıqlanmaya meyillilik müşahidə edilib.

Mütəxəssislər artıq müəyyən ediblər ki, transyağlar olan qidalar metobolizmanın pozğunluğuna təsir edə, həmçinin ürək-damar xəstəlikləri yarada bilir.

ABŞ-dan olan alimlər transyağların araşdırılması ilə bağlı tədqiqatlarını hələ davam etdirməyi planlaşdırırlar.
Категория: (Big)Maraqlı | Просмотров: 570 | Добавил: Sumqayitli | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя / Логин
Email