Главная » 2012 » Aprel » 11 » 13 yaşlı şagird faciənin qarşısını aldı (VİDEO)
5:09 PM
13 yaşlı şagird faciənin qarşısını aldı (VİDEO)
ABŞ-ın Vaşinqton ştatında, Milton qəsəbə məktəbinin şagirdləri inanılmaz qəhrəmanlıq göstərib. Belə ki, avtobusla məktəbə yollanan azyaşlılar, sürücünün anidən ürək tutması keçirməsilə özlərini itirməyib. Ceremi Vuitşik adlı şagird son dərəcə çevik hərəkət edərək, iflic olmuş sürücünün yanına qaçıb və yüksək sürətlə hərəkət edən avtobusu idarə etməyə çalışıb. Ceremi sükanı ələ aldıqdan sonra nəqliyyat vasitəsini yolun kənarına doğru istiqamətləndirib. Müşahidə kamerası ilə çəkilmiş görüntüdə Cereminin digər şagirdin köməkliyi ilə nəzarətdən çıxmış avtobusu dayandıra bildiklərini görmək olur. Milton polisi şagirdlərin çevik davranması ilə insidentin itkisiz başa çatdığını bildirib.
Hadisə barədə mətbuata açıqlama verən Ceremi Vuitşik isə sadəcə olaraq ölmək istəmədiyini deyib.
Категория: (Big)Maraqlı | Просмотров: 511 | Добавил: TolikRza | Рейтинг: 0.0/0
Всего комментариев: 3
Добавлен: 04.13.2012
He ola biler(..)
Ответ Цитата

Добавлен: 04.13.2012
Niye yoxdu bizim olkede de olarrr
Ответ Цитата

Добавлен: 04.13.2012
Halal olsun. Amma bizim ölkede bele uşaq yoxdu diyesen........
?
Ответ Цитата

Имя / Логин
Email