Главная » 2012 » Aprel » 17 » Azərbaycanlı müğənni qadağalı toy etdi
11:56 AM
Azərbaycanlı müğənni qadağalı toy etdi
Milli.Az xəbər verir ki, ötən gün Rüstəm Zeynallının rəhbəri olduğu "Şeron” qrupunun solistlərindən biri kimi tanınıb, daha sonra fəaliyyətini bəstəkar və müğənni kimi davam etdirən Yaşar Yusubun da  toyu olub.

Həmkarı Elxan Qaraxanoğludan fərqli olaraq, Yaşar rəsmi nikaha daxil olduğu həyat yoldaşı Ləman xanımın şəkillərinin və videogörüntülərinin çəkilməməsi üçün jurnalistlər üçün əməllicə əngəl yaradıb. Restorana özəl mühafizə xidmətlərindən birinin əməkdaşlarını cəlb etməkdən də çəkinməyən müğənni istəyinə çatıb. Hətta Milli.Az-ın əməkdaşı da mühafizəçilərin qınağına tuş gəlib. Lakin media üçün qadağalı toydan fotolar çəkməyə müvəffəq olduq. Bəy kürsüsündə əyləşən Y.Yusubun israrlı xahişlərini nəzərə alıb, irəliləyən dəqiqələrdə yayımlacağımız fotosessiyada həyat yoldaşının heç bir şəklini təqdim etməyəcəyik.

Allah xoşbəxt eləsin!



Категория: (Big)Xəbər | Просмотров: 583 | Добавил: TolikRza | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя / Логин
Email